Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Jirona” – “Selta” matçında qalib müəyyənləşməyib. “Rayo Valyekano” – “Sevilya” matçında da tərəfələr hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Betis”in qonağı olan Madrid “Real”ı gözlənilməz məğlubiyyətə üzülüb. Paytaxt klubunu sabiq futbolçusu İsko “yıxıb”. İspan futbolçu bu görüşdə 1 qol və 1 assistlə yadda qalıb.
Madridin digər təmsilçisi “Atletiko” isə evdə “Atletik”ə tək qolla qalib gəlib.
26-cı turun qalan görüşləri martın 2-də və 3-də keçiriləcək.
İspaniya, La Liqa
26-cı tur
28 fevral
Valyadolid – Las Palmas 1:1
Qollar: Latasa, 63 – Ramires, 22.
1 mart
Jirona – Selta 2:2
Qollar: Siqankov, 21. Herrera, 68 – Losada, 36. M.Alonso, 51-pen.
Rayo Valyekano – Sevilya 1:1
Qollar: Ratiu, 55 – Lukebakio, 81.
Betis – Real 2:1
Qollar: C.Kardozo, 34. İsko, 54-pen – B.Dias, 10.
Atletiko – Atletik 1:0
Qol: X.Alvares, 66.
2 mart
17:00. Leqanes – Xetafe
19:15. Barselona – Real Sosyedad
21:30. Malyorka – Alaves
00:00. Osasuna – Valensiya
3 mart
00:00. Vilyarreal – Espanyol