Ukrayna Prezidenti Volodimir Zelenski martın 2-də Böyük Britaniya kralı Çarlzla görüşəcək.
Publika.az BBC-yə istinadla xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
O bildirib ki, Zelenskinin Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayıb. Martın 2-də Londonda hakim monarx və Ukraynanın bir qrup Avropa müttəfiqi ilə görüşəcək.
Görüşün yeri və təfərrüatları barədə məlumat verilmir.