AZ

Pentaqon Meksika sərhədinə 3 minə qədər əsgər göndərəcək

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Pit Heqset Meksika sərhədinə "Stryker"zirehli transportyorları ilə təchiz olunmuş bölmələr də daxilolmaqla 2500-3000 hərbçi göndərilməsi barədə göstəriş verib.

Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzetiPentaqondakı mənbəyə istinadən bildirib.

Məlumata əsasən, Pentaqonun rəhbəri cümə günü müvafiq əmrlərverib.

Bildirilib ki, söhbət Koloradodakı Fort Karsonda yerləşən 2-ci"Stryker" Briqadasının, 4-cü Piyada Diviziyasının hərbiqulluqçularından gedir. Həmçinin, ABŞ-nin cənub sərhədinəmühəndislik, kəşfiyyat və ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmışhərbi personal göndəriləcək.

Seçilən
49
az.trend.az

1Mənbələr