AZ

Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək

Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktəblərdə, Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bundan əlavə, Laçın rayonu 2 N-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu məktəblərdə buraxılış imtahanları artıq ikinci dəfə təşkil edilir.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 7 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri cəlb olunub.

Seçilən
27
11
aznews.az

10Mənbələr