AZ

Fransa vətəndaşı soyqırımında iştirak ittihamı ilə saxlanılıb

Bakı, 2 mart, AZƏRTAC

Ruandada tibb fakültəsinin keçmiş dekanı 1994-cü ildə tutsilərə qarşı soyqırımında iştirak ittihamı ilə dindirilib.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, bəşəriyyətə qarşı cinayət və soyqırımda iştirak ittihamları irəli sürülən həkim barədə ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq materiallarında göstərilir ki, təqsirləndirilən Alfons K. 1994-cü ildə vətəni Ruandada tibb fakültəsinin dekanı olub. Sonradan naturalizasiya yolu ilə Fransa vətəndaşlığı alıb. Onun xəstəxanada tutsi əsilli şəxsləri bilərəkdən öldürdüyü iddia edilir.

Seçilən
49
3
azertag.az

4Mənbələr