AZ

Ölkələrdə çevrilişlər edən milyarderin yeni planı: Mask açıqladı

Milyarder Corc Soros ABŞ Prezidenti Donald Trampın siyasətlərinin həyata keçirilməsinə mane olmağa çalışır.

News24.az xəbər verir ki, bunu ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, iş adamı İlon Mask deyib.

Viskonsin ştatının keçmiş qubernatoru Skott Uoker Sorosun ABŞ Konqresində büdcə layihəsi ilə bağlı səsverməyə təsir göstərmək cəhdlərindən danışdığı bir səs yazısı yayımlayıb. Onun sözlərinə görə, Soros respublikaçı konqresmenləri Nümayəndələr Palatasındakı mandatlarından məhrum etmək və Trampın gündəmini əngəlləmək üçün konqres dairələrini yenidən tərtib etməyə çalışır.

“Onun məqsədi məhz budur”, - Mask Uokerə cavabında deyib.

Sorosun fəaliyyətlərinə onun maliyyə spekulyasiyalarına, eləcə də qalmaqallı reputasiyasına görə mənfi baxılır. O, dəfələrlə bir sıra ölkələrdə dəfələrlə hakimiyyət dəyişikliyini təşkil etməkdə ittiham olunub. Məsələn, 2004-2013-cü illərdə Ukraynada hakimiyyət dəyişikliyi proseslərində iştirakını inkar etməyib. Mediada tez-tez Sorosun adı Demokratik Partiyası ilə hallandırılır. Təsadüfi deyil ki, ABŞ-nin bu partiyadan olan son prezidenti Co Bayden hakimiyyətinin son günlərində onu mükafatlandırmışdı. /teleqraf.az


Seçilən
70
news24.az

1Mənbələr