AZ

Bakının iki rayonunda oğrular saxlanıldı

Bakının iki rayonunda oğurluq hadisəsi olub.

"Ölkə.az" xəbər verir ki, Nizami rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 58 yaşlı E.Məmmədov müəyyən edilərək saxlanılıb.

Fevralın 28-də isə Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən marketlərin birindən müxtəlif məhsullar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı E.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
8
1
olke.az

2Mənbələr