AZ

2025-ci il üçün dünyanın ən yaxşı 10 çimərliyi - FOTO

Dünyaca məşhur səyahət platforması "Tripadvisor" 2025-ci il üçün dünyanın ən yaxşı çimərliklərinin siyahısını hazırlayıb.

Valyuta.Az xəbər verir ki, hər il tərtib edilən siyahı çərşənbə axşamı təqdim edilib və 2025-ci ildə hansı çimərliyə səfər edəcəyinizi seçməyə kömək edə bilər.  

"Bu ilki siyahılar altı qitəni və 50 ölkəni əhatə edir. 100-dən çox möhtəşəm çimərlik dünyanın fərqli sahil bölgələrinin müxtəlifliyini nümayiş etdirir" – deyə "Tripadvisor"un prezidenti Kristen Dalton mətbuata açıqlamasında bildirib.  

Dünyanın ən yaxşı çimərliyi hansıdır?  

"Tripadvisor"un məlumatına görə, bu il dünyanın ən yaxşı çimərliyi Yunanıstanın Krit adasında yerləşən "Elafonissi" çimərliyidir.  

Çəhrayı qumu və isti, şəffaf suları ilə tanınan bu çimərlik adanın cənub-qərb sahilində yerləşir. Səyahətçilər üçün ən ideal vaxtlar may və sentyabr aylarıdır. Çünki bu dövrlərdə yay mövsümünün ən izdihamlı vaxtından əvvəl və sonra daha sakit mühit olur. "Elafonissi" çimərliyi 2021-ci ildən sonra ilk dəfə olaraq bu ilki siyahıya daxil edilib.  

"Krit Yunanıstanın ən böyük adasıdır və eyni zamanda qədim Minoy sivilizasiyasının beşiyi hesab olunur. Burada yalnız gözəl çimərliklər deyil, həm də qədim xarabalıqlar və tarixi abidələr kəşf etmək mümkündür" – deyə "Tripadvisor"un baş direktoru Hilari Fiçer-Qroban bildirib.  

İkinci pillədə Taylandın Puket adasında yerləşən "Banana Beach" qərarlaşıb. Burada qayıq gəzintisi və paraşütlə uçuş kimi su idman növləri populyardır. Şnorkel və dayvinq həvəskarları isə rəngarəng mərcan riflərini və müxtəlif növ balıqları görə bilərlər.  

Üçüncü yerdə "Eagle Beach" (Aruba, Oranyestad) qərarlaşıb. Ağ qumlu sahili və sakit suları ilə məşhur olan bu çimərlik müxtəlif su idman növləri üçün əlverişlidir.  

2025-ci ilin dünyanın ən yaxşı 10 çimərliyi:

1. "Elafonissi Beach", Yunanıstan
2. "Banana Beach", Tayland  
3. "Eagle Beach", Aruba  
4. "Siesta Beach", ABŞ  
5. "Praia da Falésia", Portuqaliya  
6. "Playa Varadero", Kuba  
7. "Bavaro Beach", Dominikan Respublikası  
8. "Playa de Muro Beach", İspaniya  
9. "Kelingking Beach", İndoneziya  
10. "Myrtos Beach", Yunanıstan  

Rəhim

Seçilən
116
50
valyuta.az

10Mənbələr