AZ

Azərbaycanlı atletdən Qazaxıstanda uğurlu NƏTİCƏ

Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış keçirilib.

KONKRET.az xəbər verir ki, yarışda azərbaycanlı atlet Lamiyə Vəliyeva qüvvəsini sınayıb.

Onun heyətində yer aldığı komanda 4×200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə 1-ci yeri tutub.

Bundan əlavə, atletimiz 400 metr məsafəyə qaçışda göstərdiyi 55.78 saniyə nəticə ilə Azərbaycan milli rekordunu yeniləyib.

Seçilən
59
12
konkret.az

10Mənbələr