"Beşiktaş" klubu skautinq şöbəsinə yeni rəhbər təyin edib. 

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Eduard Qraf "qara qartallar"da bu vəzifəni icra edəcək. İstanbul təmsilçisinin prezidenti Serdal Adalı və 35 yaşlı mütəxəssis arasında müqavilə imzalanıb. 

Qeyd edək ki, Qraf 12 il "Borussiya"da (Dortmund) çalışıb. 2013-cü ildə Dortmund təmsilçisinə qoşulan Qraf müxtəlif vəzifələrdə — U-19 komandasında köməkçi məşqçi, beynəlxalq əlaqələr və skautinq şöbəsinin rəhbəri vəzifələrini icra edib.