AZ

"İnter" ÇL ərəfəsində vacib oyunçusunu itirdi

"İnter"in müdafiəçisi Federiko Dimarko A seriyasında "Napoli" ilə oyunda (1:1) zədələnib. 

Fanat.Az xəbər verir ki, "neradzurri"nin 27 yaşlı oyunçusu dünən baş tutan görüşün 22-ci dəqiqəsində hesabı açdıqdan sonra xəsarət alıb. 

Beləliklə, oyunu davam etdirə bilməyən futbolçu ikinci hissənin əvvəlində əvəzlənib. 

"Euro-football" Dimarkonun oyundan sonra verdiyi müsahibədəki fikirlərini belə təqdim edib: “Birinci hissənin ortalarında ombamda narahatlıq hiss etdim. Oyunu davam etdirmək istədim, amma qaça bilmədim, ona görə də vəziyyəti daha da pisləşdirmədim. Bunun nə dərəcədə ciddi olduğunu söyləmək çətindir. Görək sabah özümü necə hiss edirəm. Rotterdamda "Feyenoord"a qarşı oynaya biləcəyimə əmin deyiləm".

Qeyd edək ki, "İnter" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Feyenoord"a qarşılaşacaq. İlk görüş çərşənbə günü, martın 5-də keçiriləcək.

Mirağa

Seçilən
44
fanat.az

1Mənbələr