AZ

Ürək həkimi "göründüyü qədər sağlam deyil" deyir: Yüksək şəkər tərkibi ürəyə zərər verir

Ürək həkimi "göründüyü qədər sağlam deyil" deyir:

Ürək-damar xəstəlikləri dünyada əsas ölüm səbəblərindən biridir. Son illərdə bu problem daha da ciddiləşib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Britaniya Ürək Fondunun məlumatına görə, İngiltərədə ürək-damar xəstəliklərindən ölüm halları son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Kardioloq Dr. Conatan Behar ürək sağlamlığını qorumaq üçün gündəlik həyatında riayət etdiyi vərdişləri paylaşaraq bunları tövsiyə edir:

Sağlam səhər yeməyi: Yulaf, müsli və təzə meyvələrə üstünlük verin. Bəzi qidalar göründüyü qədər sağlam deyil və onların tərkibində yüksək şəkər olması ürək sağlamlığına zərər verə bilər. Xüsusilə, meyvə şirələri təbii görünsə də, yüksək şəkər tərkibli olduqları üçün ürək üçün risk yaradırlar. Bütöv meyvələrlə və balanslı qidalanma daha sağlam seçimdir.

Sağlam qəlyanaltılar: Gün ərzində enerji saxlamaq üçün meyvə və ya yüngül qəlyanaltılar yeyin.

Ürək dostu pəhriz: Aralıq dənizi pəhrizinə əməl edin, tərəvəz, tam taxıllar və balıq istehlak edin. İşlənmiş qidalardan qaçın.

Müntəzəm fiziki aktivlik: Hər gün sürətli gəzintiyə çıxın və aktiv qalmağa çalışın.

Kifayət qədər yuxu: Gecə ən azı 7-8 saat yatmağa çalışın.

Stressi azaldın: Gülüş stressi azaldır və ürək sağlamlığını dəstəkləyir.

Dr. Behar bu vərdişlərin ürək xəstəlikləri riskini azaltmaqda mühüm rol oynadığını bildirir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
14
e-saglam.az

1Mənbələr