İdman jurnalisti Aleksandr Frolov Fiziyev haqqında gündəmə gələcək məqalə dərc edib.

Offsideplus.az xəbər verir ki, o, Rafael Fiziyev və onun 9 martda baş tutacaq Castin Qeyci ilə döyüşü haqqında fikirlər səsləndirib. Həmçinin baş tutması mümkün ola biləcək Fiziyev-İslam Mahaçev qarşılaşması barədə də təxminlərini qeyd edib. Rusiyalı məqaləsində bunları qeyd edib:

"Castin Qeyci, böyük ehtimalla məğlubiyyətlə üzləşəcək. Çünki Fiziyev, altı döyüşdən ibarət qələbə seriyasını davam etdirən və yüksəlişdə olan bir döyüşçüdür. Rus və Azərbaycan kökləri olan Fiziyev, UFC-də Maqomed Mustafayevə uduzduqdan sonra debüt etdi, amma daha sonra yüngül çəki divizionunu sanki parçalamağa başladı.

Rafaelin vurma texnikası son dərəcədə mükəmməldir. Dairəvi zərbələr, arxa yumruqlar və sürətli seriyalar onun döyüş stilinin əsasını təşkil edir. Fiziyevin zərbələri yalnız gözəl deyil, həm də güclüdür. O, keçirdiyi döyüşlərin üçdə ikisini nokautla qazanıb. Rafaelin cəmi bir sambisen qələbəsi var, amma bu, onun pis mübarizə aparması demək deyil. Ataman, ağrılı və boğucu üsullardan parlaq şəkildə müdafiə edir, yıxılmaları yaxşı dayandırır və həmişə rəqibini yerdə yıxmağa hazırdır. Fiziyevin əvvəlki dözümlülük problemləri indi aradan qalxıb və o, eyni tempdə üç raund işləməyə hazırdır.

Rafael Fiziyev, tam ulduz olmaq üçün Castin Qeycini məğlub etməlidir. Bunun ardınca, Fiziyev İslam Mahaçevlə titul döyüşünə yaxınlaşacaq. Mahaçev, Poriye və Qeycini mübarizə ilə asanlıqla keçə bilər, Daryuşu isə əzizləyərək keçəcək, amma Fiziyevə qarşı nə edəcək? Fiziyev, Mahaçevə qarşı döyüşdə onu məhv edəcək. Çünki, Fiziyev artıq Mahaçevin zəif tərəflərini tapıb".

Xatırladaq ki, bir müddət əvvəl Fiziyev İslamla bağlı açıqlamasında bunları demişdi: 

“Onun zəif tərəflərini gördüm, nəyi pis etdiyini bildim. Bir vaxtlar ona baxanda ‘Bəli, o, hər yerdə güclüdür’ deyirdim. Amma Volkanovski ilə döyüşdə İslamın güclü olduğunu görsəm də, hər yerdə güclü deyil”.