AZ

Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq- RƏSMİ

Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.

AzPost xəbər verir ki, səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.

Səsyazısında bir qrup şəxsin mübahisə etdiyi müşahidə olunur.

Belə ki, Lamiyə İlhamsoy olduğu iddia edilən qadın ona məktəbin müəllimləri tərəfindən ad günündə alınan hədiyyəni “dilənçi payı” adlandırır.  Özünə yaraşdırmadığını bildirir. Səsyazısında onun həmçinin digərlərini təhqir etdiyi müşahidə olunur.

Məktəbin müəllimləri isə bu mövzunun müzakirəyə açılmasını yanlış hesab etdiklərini bildirirlər. İddiaya görə direktora alınan və bəyənmədiyi hədiyyə 600 manatlıq zinət əşyası olub.

Seçilən
98
24
azpost.info

10Mənbələr