AZ

"Çaxnaşma başladı": partizanlar Moskva yaxınlığında Rusiya ordusunun əmlakına od vurdu... - FOTO

Yazını böyüt
Yazını kiçilt

Martın 1-dən 2-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin Moskva vilayətində yerləşən hərbi hissələrindən birində Rusiyaya məxsus hərbi avtomobil yandırılıb.

Hafta.az “Fokus” nəşrinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Ateş” partizan hərəkatı məlumat yayıb.

“ “Ateş” Moskva vilayətində təxribat törədib. Agentimiz hərbi hissələrdən birinin ərazisinə daxil olaraq işğalçıların nəqliyyatını hərbi patrulun burnunun ucundaca məhv edib”, - deyə məlumatda bildirilir.

Partizanlar aydınlaşdırıblar ki, təxribatdan sonra onların agenti uğurla aradan çıxıb.

“Yanğından sonra bölmədə çaxnaşma başlayıb və komandirlər günahkarları öz hərbçiləri arasında axtarmağa başlayıblar”, - "Ateş" qeyd edib.

Onlar həmçinin vurğulayıblar ki, Rusiya hərbi komandanlığı belə halların getdikcə tez-tez baş verməsinə baxmayaraq, insidenti malalağa çalışır.

"Müharibə Rusiyanın arxa cəbhəsinə gəlir və heç bir mühafizə onu dayandıra bilməz. Agentimizin parlaq işi, hətta dərin arxa cəbhədə də rus ordusunun zəifliyini bir daha göstərdi. Bu, yalnız başlanğıcdır", - "Ateş" qeyd edib.

Xatırladılır ki, “Ateş” fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin Pkrovsk yaxınlığında öz texnikasını sındırması barədə məlumat vermişdi.

Fevralın 12-də isə "Ateş" Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələrə görə Rusiya Silahlı Qüvvələrinin Krıma daha az yanacaq daşımağa başladığını bildirib.

Seçilən
24
hafta.az

1Mənbələr