AZ

TikTok Antarktidanı böhrana aparır

İspaniyanın “El Pais” qəzeti "Dünyanın ən soyuq yeri necə oldu ki, dünyanın ən məşhur istirahət yerlərindən birinə çevrildi” sualın arxasınca düşüb və Antarktida turizmini araşdırıb.

Cavabın “TikTok effekti” olaraq tapıldığı xəbərdə sosial medianın təsiri ilə pinqvinlər dünyasının insanlarla dolduğuna diqqət çəkilib.

Bildirilib ki, Antarktida Müqaviləsinə qoşulan ölkələr ziyarətçilərdən vergi yığmağı düşünür.

Üç ispan əsgəri ilə bölgəyə gedən iki “El Pais” əməkdaşı Antarktidanı İspaniyanın məşhur istirahət kurortu Benidormla müqayisə edib.

İspanlar sosial media üçün çəkiliş aparan çoxlu turist tərəfindən qarşılandığını bildiriblər.

“Roald Amundsen” adlı lüks gəminin bölgəyə hər biri 22 min dollar ödəməklə 500 sərnişin gətirdiyini və bu kruizin bölgəyə səfər edən tək gəmi olmadığını bildirilir.

İspaniya Qütb Komitəsinə rəhbərlik edən bioloq Antonio Quesada deyib ki, turistlər alimləri və əsgərləri görəndə təəccübləniblər.

Avstraliyalı coğrafiya mütəxəssisi Enn Hardi də “TikTok” sosial şəbəkəsini hədəf göstərərək, aysberqlər arasında DJ musiqisi ilə rəqs etməyin, pinqvin kimi üzməyin, ətrafdan buz götürüb içkilərə atmaq kimi davranışların məşhur olduğunu açıqlayıb.

“El Pais”, Antarktidayə gələn turistlərə marafon qaçışı, kanoe, ən yüksək zirvəyə qalxma və erotik ziyafətlərə qatılma kimi müxtəlif fəaliyyətlərin də təklif edildiyini bildirib.

İlon Maskın “Starlink” peyklərinin materikdə canlı yayıma imkan verdiyi bildirilib. Hardi xəbərdarlıq edib ki, turistlər ekosistemə zərər verə və özləri ilə invaziv virus növlər gətirə bilərlər.

Antarktika müqaviləsinə əsasən bölgədə turizmlə yanaşı yalnız balıq ovuna icazə verildiyi, lakin bunun da ciddi qaydalarla tənzimləndiyi diqqətə çatdırılıb.

29 ölkənin söz sahibi olduğu bölgədə turizmin də oxşar qaydalara tabe olmasının vacibliyi vurğulanıb. Quesada iyun ayında keçiriləcək sammitdə turistlərin vergiyə cəlb edilməsinin gündəmdə olacağını açıqlayıb.

Bölgəyə 30 ildən artıqdır ki, turistlərin gəlişini izləyən Beynəlxalq Antarktida Tur Operatorları Assosiasiyası (IAATO) bildirir ki, 1990-cı illərin əvvəllərində hər il 7000 insan Antarktidaya səfər edib.

Zamanla artan bu rəqəm 2017-ci ildə 44 minə çatıb, 2024-cü ildə 125 min civarında olub.

2022-ci ildə nəşr olunan elmi araşdırma, Antarktidadakı qarın turist səfərləri səbəbindən daha sürətli əridiyini ortaya qoyub.

Ekoloqlar vurğulayırlar ki, bölgədə qeyri-adi dərəcədə yüksək karbon qazı var.

Dünyanın ən soyuq bölgəsi olan Antarktida da iqlim böhranından təsirlənir. Əsasən qar, buz və qayadan ibarət olan qitədə bütün dünya kimi, son illərdə rekord temperatur müşahidə olunur.

Oktyabrın 4-də “Nature Geoscience” jurnalında dərc edilən araşdırma, əsasən mamırlardan ibarət bitkilərin yaşayış sahəsinin son 40 ildə 10 dəfədən çox artdığını müəyyən etdi.

Peyk məlumatları göstərir ki, 1986-cı ildə 1 kvadrat kilometrdən az ərazini əhatə edən bitki örtüyü 2021-ci ildə 12 kvadrat kilometrə qədər yayılıb.

Seçilən
48
vaxt.az

1Mənbələr