İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb.
Viral.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
İsrail Baş naziri humanitar yardımların dayandırılmasına qərar verib
Son Yazılar:
- İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını DAYANDIRDI
- Duman olacaq, külək əsəcək – SABAHIN HAVASI
- Qarabağa səfər üçün portaldan icazə ləğv olunur?
Qeyd edilib ki, İsrail Baş naziri Binyamin Netanyahu əsir və girovların mübadiləsinə dair razılaşmanın birinci mərhələsinin başa çatması və HAMAS-ın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkofun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifini qəbul etməməsi ilə əlaqədar belə qərar verib. Bu gün səhərdən Qəzzaya bütün humanitar malların və yüklərin daşınması dayandırılıb.
İsrail və HAMAS arasında əsir və girovların mübadiləsi ilə bağlı razılaşma pozulub
Qeyd edək ki, HAMAS İsrailin razılaşmanın bütün əsir və girovların azad olunması və tam atəşkəs elanını nəzərdə tutan ikinci mərhələsinə başlamaq istəmədiyi üçün Stiven Uitkoffun təklifini qəbul etmədiyini açıqlayıb.