Lionel Messi "İnter Mayami"nin "Hyuston Daynamo" ilə oyununda istirahət edəcək.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu bazar günü keçiriləcək oyunda iştirak etməyəcək. Klubun sözçüsü təsdiqləyib ki, Messi şənbə günü Hyustona səyahət etməyib. Zədəli deyil və sadəcə istirahət edir. Messi son 12 gün ərzində 4 oyunda meydana çıxıb və yorğun olduğuna görə klub onu istirahət etdirməyə qərar verib.

"İnter Mayami" yenidən cümə axşamı günü "CONCACAF" turnirində meydana çıxacaq və "Kavalier" klubuna qarşı oynayacaq. Messinin həmin oyunda start heyətində olacağı gözlənilir.