Paytaxtın Əhmədli qəsəbəsində yaşıllıq ərazidə metal konstruksiyalar quraşdırılıb...
Poliqon xəbər verir ki, bu barədə yerli sakinlər məlumatlar yayıblar.
Xətai sakinləri bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyekti inşa edilir.
Tikintiyə etiraz etdiklərini bildirən şikayətçilər burada aparılacaq işlərin ağacların məhv olmasına, şəhər mühitinin pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.
Xətai Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. (xalq.az)
Poliqon.info