Əməkdar artist Rəşad İlyasov qızı Leylanın doğum günü münasibətilə sosial şəbəkədə paylaşım edib.
Far.Az xəbər verir ki, sənətçi övladı ilə birlikdə çəkilmiş fotosunu izləyiciləri ilə bölüşərək ona ürəkdolusu təbrik ünvanlayıb:
"Qızım Leyla, yeni yaşın mübarək. Xoşbəxt ol, hər zaman bizi ucalt, amin".
Qeyd edək ki, Rəşad İlyasov müğənni Gülnarə İlyasova ilə evlidir. Cütlüyün iki övladı var.