Azərbaycan milli komandasının sabiq hücumçusu Fərrux İsmayılov məşqçilərə kurslar keçir.

Offsideplus.az xəbər verir ki, veteran futbolçu AFFA-nın təşkilatçılığı UEFA-nın dəstəyi ilə baş tutan D kateqoriyalı kurslarda təlimatçı funksiyasını yerinə yetrir.

Təlimlər AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunub. Kursda məşqçi olmağ arzulayan 20-dən çox şəxs iştirak edir.

Məşqçilik kurslarının açılış günündə eyni zamanda AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara tədbirin mahiyyəti barədə məlumat verib, onlara uğurlar arzulayıblar.

Məşqçiləri F.İsmayılovla yanaşı, AFFA-nın digər təlimatçıları İlham ƏzizzadəDəyanət Əliyev də öyrədirlər.

D kateqoriyalı kurslar 3 gün davam edəcək.

Qeyd edək ki, futbolda məşqçilər üçün 5 kateqoriya - D, C, B, A, və "Pro" mövcuddur.