AZ

Fidanın açıqlaması Tehrana batıb

İran Türkiyənin xarici işlər naziri Hakan Fidanın Tehran hakimiyyətini “Yaxın Şərqdəki mübadilə siyasətindən” imtina etməyə çağıran sözlərinə etiraz edib.

İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı Tasnim agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Türkiyə XİN rəhbəri Hakan Fidanın İranın bölgədəki siyasətləri ilə bağlı sözlərini tənqid edərək, Türkiyəni ABŞ və İsrailin regionda etdiklərini görməməkdə günahlandırıb.

Fidan mətbuata verdiyi açıqlamada, “Tehran hakimiyyəti İraq və Suriyadakı təsirini saxlamaq üçün yüksək bədəl ödədi və çəkdiyi xərc qazandığından qat-qat çox oldu. İranın bölgədəki vəkilləri ilə bağlı xarici siyasəti böyük risklər daşıyır”, – demişdi.

Seçilən
19
vaxt.az

1Mənbələr