“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 27-ci turunun “İnter”lə mərkəzi ev oyunundakı heç-heçəni (1:1) şərh edib.
Arena.az DAZN şəbəkəsinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Pərişanlığımız var, axı biz çox güclü rəqibə qarşı əla çıxış etdik. “İnter” – skudetto uğrunda mübarizə aparmaq üçün yaradılmış tankdır, amma bu komandanı məğlub etmək olar. Bizim, vacib oyunçularımızın yoxluğunda “İnter” və “Yuventus”a qarşı belə yaxşı çıxış etməyimiz, öz məqsədimizə təşkilatlanmağımız, köklənməmiz və zəkamız sayəsəində nail olmaq bacarığımız haqqında danışır”, deyə Konte vurğulayıb.
27 turdan sonra İtaliya A Seriyasının yarış cədvəlində ilk cütlüyün mövqeyi dəyişməz qalıb: “İnter” 58 xalla lider mövqeyini, “Napoli” isə 57 xalla təqibçi mövqeyini qoruyub-saxlayıb.