Dieqo Maradonanın qızı qarşıdan gələn məhkəmə işi ilə bağlı danışıb.
Publika.az xəbər verir ki, o, mafiyanın qorxusundan fikirlərini göz yaşları içində çatdırıb.
2020-ci ilin noyabrında Dieqo Maradona miokard infarktından ölüb, lakin ailəsi faciədə həkimlərin əli olduğuna inanır. 2021-ci ildə aparılan bir araşdırma, həkim qrupunun “uyğun olmayan və ehtiyatsız” hərəkət etdiyini aşkar edib.
Məhkəmə martın 11-də olacaq və həkimlərin günahı sübuta yetirilərsə, onları 25 ilə qədər həbs gözləyir. İşə onların səhvlərini etiraf etdikləri söhbətlərin yazıları da daxildir.