PSJ-nin mərkəz müdafiəçisi Markinyos klubun yeni rekordçusu olub.
Fanat.Az xəbər verir ki, braziliyalı "Lill"lə ötən gün baş tutan çempionat oyununun 22-ci dəqiqəsində hesabı 2:0-a çatdırıb.
Bu, parislilərin kapitanının cari kampaniyada vurduğu ilk qoldur. "Opta"-nın hesablamasına görə, Markinyos PSJ tarixində 10 Liqa 1 mövsümündə ən azı bir qol vuran ilk oyunçu olub.
O, 2013-cü ildən paytaxt komandasında çıxış edir. Ümumilikdə, mərkəz müdafiəçisi bütün yarışlarda PSJ-nin heyətində 473 matç keçirərək 39 qola imza atıb.
Mirağa