1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimal hissəsinə zərbə endirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətindən bildirilib.
"Bu gün səhər saatlarında bir neçə şübhəli şəxs Qəzzanın şimalında İsrail hərbçilərinin yaxınlığında partlayıcı qurğu yerləşdirdiyi müşahidə edilib. Bu təhlükəni aradan qaldırmaq üçün İsrail Hərbi Hava Qüvvələri şübhəli şəxslərə zərbə endirib", - məlumatda qeyd olunub.