AZ

Simone İnzaqi: “Napoli” bizimlə oyuna daha təravətli çıxmışdı”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 27-ci turunun “Napoli” ilə səfər oyunundakı heç-heçəni (1:1) şərh edib.

Arena.az DAZN şəbəkəsinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Çətin oyundur. Birinci hissə bərabər alındı, amma fasilədən sonra bizim fəsadlarımız yarandı, rəqib isə bizi qapımıza doğru sıxışdırdı. Xatırlarmaq gərəkdir ki, bizə qarşı, oyuna bizdən açıq-aşkar tərvatli surətdə yaxınlaşıb-çıxmış çox güclü komanda mübarizə aparırdı. Amma bütün bunlara rəğmən, biz buraxdığımız qolla bağlı məqamda daha yaxşı fəaliyyət göstərməli idik”, deyə Simone İnzaqi vurğulayıb.

27 turdan sonra İtaliya A Seriyasının yarış cədvəlində ilk cütlüyün mövqeyi dəyişməz qalıb: “İnter” 58 xalla lider mövqeyini, “Napoli” isə 57 xalla təqibçi mövqeyini qoruyub-saxlayıb.

Seçilən
30
arena.az

1Mənbələr