Ukrayna və Rusiya arsında sülh müqaviləsi imzalandıqda, onun davamlı olması çox vacibdir
Parol.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte jurnalistlərə açıqlamasında bildirib.
“Hamımız Ukraynada sülh istəyirik, Ukrayna ən yaxşı mövqedə olmalıdır. Sülh müqaviləsi imzalandıqda, onun davamlı olması çox vacibdir. Putin bilməlidir ki, bu, artıq sondur o, bir daha Ukraynanın bir hissəsini ələ keçirməyə cəhd edə bilməz”, - deyə Rutte vurğulayıb.