AZ

Ukraynanın ABŞ-dan ayrılması:BUNDAN SONRA NƏ OLACAQ?

Oval kabinetdəki məlum qalmaqaldan sonra Ağ Evlə Zelenski administrasiyası arasında gərginlik artır. Vaşinqton təkcə Ukraynanın siyasətindən narazılığını ifadə etmir, həm də təhqir və təhdidlər səsləndirir, Ukrayna Prezidentinin istefasını tələb edir. Bu gərginləşən siyasi böhran kontekstində digər Avropa paytaxtları kimi, London da Kiyevə birmənalı dəstək ifadə edir.

 

Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəvəti ilə bu gün-martın 2-də Londonda Ukrayna üzrə Avropa sammiti keçiriləcək. Böyük Britaniya hökuməti tədbirə Avropadan 10-dan çox dövlət və hökumət başçısını dəvət edib. Sammitin məqsədi “Ukraynanın gələcək suverenliyini və təhlükəsizliyini təmin edəcək” sülh yolu ilə həll üçün Avropanın “birgə və sarsılmaz dəstəyini” nümayiş etdirməkdir.

 

Hadisələr bundan sonra necə inkişaf edəcək? Avropa hərbi və siyasi dəstək sahəsində ABŞ-ı tam əvəz edə biləcəkmi? Və Ukrayna Rusiya ilə yeni müharibə mərhələsinə tab gətirə bilərmi?

 

Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin bu və digər suallarını alman politoloqu, Bonn Universitetinin professoru Andreas Heinemann-Qruder cavablandırır.

 

Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin müsahibəsini, Haqqin.az-a istinadən, öz oxucularına təqdim edir. 

[media=https://www.youtube.com/watch?v=z3G6GwVMdKY]


Seçilən
77
senzor.az

1Mənbələr