AZ

Luis Enrike "Liverpul"a meydan oxudu

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, AS nəşri ispaniyalı mütəxəssisin fikirlərini belə təqdim edib:

 "Liverpul"u çox yaxşı tanıyıram. Şübhəsiz ki, bu komanda həm nəticə, həm də oyun baxımından Avropanın hazırda ən yaxşı formada olan komandasıdır. Bu görüş Çempionlar Liqasının finalı ola bilərdi. Kartlarımızı düzgün oynayacağıq. Müdafiə olunmayacağıq, əksinə hücum edən tərəf olacağıq". 

PSJ-nin "Liverpul"la ilk oyunu evdə olacaq. Komandalar çərşənbə günü, martın 5-də "Parc des Princes"-də oynayacaqlar. 

Mirağa

Seçilən
16
fanat.az

1Mənbələr