AZ

Xəbər ala bilmədiyi qızının evinə girən ata dəhşətli mənzərə ilə qarşılaşdı

Samsunun İlkadım rayonu Yenidoğan məhəlləsində qızı Cansu Kaplıdan (32) xəbər ala bilməyən ata səhər saat 11:30 radələrində qızının yaşadığı evə gedib.

News24.az sonxeber.az-a istinadən xəbər verir ki, ata qapını zorla açıb və qızını yataq otağında hərəkətsiz görüb.

112 Təcili Zəng Mərkəzinə məlumat verildikdən sonra ünvana polis və tibb qrupları göndərilib. Sağlamlıq qruplarının müdaxiləsindən sonra Qazi Dövlət Xəstəxanasına qaldırılan Kaplı həyatını itirib.

Müxtəlif xroniki xəstəlikləri olan Cansu Kaplının dəqiq ölüm səbəbi ekspertizadan sonra aydınlaşacaq. Kaplının 2021-ci ildə evləndiyi və hadisə zamanı həyat yoldaşının işdə olduğu öyrənilib. İstintaq davam edir.


Seçilən
35
1
news24.az

2Mənbələr