AZ

Hafiz Məmmədovun çörəyini yeyən, futbolumuza qənim kəsilənlər… VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də “Barselona” FK-nın prezidenti Xuan Laportanı qəbul edib.

Görüşdə ölkəmizdə “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib.

Həmçinin akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov “Barselona”nın prezidentinin ölkəmizə səfərinin çox önəmli olduğunu diqqətə çatdıraraq, yaradılması nəzərdə tutulan akademiyanın uşaq futbolunun inkişafına önəmli töhvələr verəcəyini bildirib.

Tanınmış jurnalist 13-14 il öncəyə ekskursiya edərək, bunun ilk addımlarını həmin dönəm “Bakı”nın prezidenti Hafiz Məmmədovun atmağa çalışdığını, lakin cərəyan edən proseslər fonunda yarımçıq qaldığını diqqətə çatdırıb:

“Çox önəmli addımdır. Alqışlamaq və bu prosesin uğurla nəticələnməsi üçün ciddi çalışmalıdır. Bu hadisə bizi təxminən 13-14 il öncəyə apardı.

Çünki bu təşəbbüslə çıxış edən, uşaq futbolunun inkişafının vacibliyini daim qeyd edən “Bakı” klubunun prezidenti Hafiz Məmmədov o dönəm sahibi olduğu Fransa “Lans”ına azərbaycanlı uşaqların göndərilməsi üçün fəaliyyət planı hazırlamışdı.

Bununla da, bir neçə il sonra milli komandamız daha yaxşı yerlərdə olacaqdı. Arzusu bu idi.

Millimizin durumu onu narahat edir, perspektivdə ciddi fiasko ilə üz-üzə qalacağımızı görürdü. Məhz ona görə uşaq futbolunun inkişafı üçün can yandırırdı.

Strategiya həyata keçirilsəydi , bəlkə də o uşaqların sayəsində bu gün yerlərdə sürünməzdik. Ən azından, Gürcüstan millisi səviyyəsində ola bilərdik.

Ancaq imkan verilmədi. Arzular yarımçıq qaldı,

necə ki, uşaq futbolumuz o gündədir. İndi isə həmin möhtəşəm bazanın yerində yaşayış kompleksi salınıb

. Məhz Hafiz Məmmədov Azərbaycan futbolunun gələcəyinin xilası üçün bu addımları atmaq istəyirdi. Yaşanan hadisələr, qurulan tələlər futbolu sevən insanın ümidlərini əlindən aldı.

“Land of Fire Azerbaijan” brendi ilə İspaniya “Atletiko”su dünyaya səs saldı. Ən azından lobbiçilik fəaliyyətində görülən işlər unudulmamalıdır.

Təəssüflər olsun ki, unutqanlıq sağalmaz yaramızdır”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
40
sportinfo.az

1Mənbələr