AZ

Qarlı hava şəraiti istehlak bazarına necə təsir edib? VİDEO

Son bir neçə gündə müşahidə edilən kəskin soyuq, qarlı hava şəraiti bazarlarda qiymətlərə də təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, satıcıların bəziləri deyirlər ki, qarlı hava şəraiti məhsul tədarükünə və nəqliyyata birbaşa təsir göstərib, bu da bəzi məhsulların qiymətinin artımasına səbəb olub.

Bəzi satıcılar isə şaxtalı havalardan əvvəl aldıqları və satışa çıxardıqları meyvə-tərəvəzlərin qiymətlərinin eyni qaldığını deyirlər.

Onların sözlərinə görə, hava şəraiti ilə əlaqədar bazara üz tutanların sayı da xeyli azalıb. Bu isə qiymətlərə təsirsiz ötüşməyib.

Qeyd edək ki, hazırda bazarlarda kartofun 1 kiloqramı 80 qəpikdən, soğanın 80 qəpikdən, badımcanın 1 manat 20 qəpikdən, pomdorun 2 manat 50 qəpikdən, xiyarın qiyməti isə 2 manatdan başlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
20
1
xezerxeber.az

2Mənbələr