Türkiyə I liqasında 27-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” da növbəti oyununa çıxıb.
Sözügedən komanda evdə “Ərzurumspor”u qəbul edib. Görüş qolsuz heç-heçə (0:0) ilə yekunlaşıb.
90-cı dəqiqədə əvəzetmədən meydana çıxan İsgəndərlinin 5 dəqiqə oynamaq şansı olub.
Qeyd edək ki, bu nəticədən sonra "Boluspor" 38 xalla onuncu pillədə qərarlaşıb.