AZ

Ruhunuz yüksəlsin 

İran prezidenti Məsud Pezeşkian İranın nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.

SeherXeber.org xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.

“Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ-la danışıqlar aparmayacağıq”, - Pezeşkian deyib.

İran prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.

Fevralın 4-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.

Seçilən
34
seherxeber.org

1Mənbələr