Bakı. Trend:
Cüdo üzrə Azərbaycan komandası Daşkənddə keçirilən "BöyükDəbilqə" turnirinin ümumi hesabında yeddinci yeri tutub.
Trend xəbər verir ki, TuranBayramovun (60 kq) qazandığı gümüş medal sayəsində ölkəmiz Fransa,Kuba, Qazaxıstan, Braziliya, İtaliya və digərlərini qabaqlayıb.
Yaponiya birinci (5-4-2), Çin ikinci (2-0-2) və Özbəkistan isəüçüncü (1-3-8) olub.
Daşkənddə ümumilikdə 13 ölkənin cüdoçuları mükafatlarqazanıblar.