AZ

Abxaziyada keçirilən qondarma seçkilərdə Badra Qunba “prezident” seçilib


Qondarma Abxaziya respublikasında keçirilən təkrar “prezident seçkilərində” vitse-prezident Badra Qunba qalib gəlib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “respublika” Mərkəzi Seçki Komissiyasının sədri Dmitri Marşan bildirib.
“Səslərin ilkin hesablanmasına əsasən, prezidentliyə namizəd Badra Qunba 54,73%, onun rəqibi Adqur Ardzinba isə 41,54% səs toplayıb”, -deyən Marşan qeyd edib ki, 54 954 nəfər Qunbaya, 41 708 seçici isə Ardzinbaya səs verib: “Beləliklə, Badra Qunba təkrar seçkilərdə ən çox səs toplayıb və Abxaziyanın prezidenti seçilib”.
Qeyd edək ki, fevralın 15-də baş tutan ilk turda cəmi 98 790 seçici səs verib. Qunba 46,38%, Ardzinba isə 36,92% səs toplayıb.
Onu da bildirək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi fevralın 16-da yaydığı bəyanatda
Seçilən
39
yeniavaz.com

1Mənbələr