AZ

Obyekt tikmək üçün gecəyarısı ağacları kəsdilər VİDEO

Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib. 

Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan şəxslər deyirlər ki, ağaclar gecə saatlarında kəsilib və bu hadisə ilk deyil.

Sakinlər iddia edirlər ki, ağaclar həmin ərazidə obyekt tiktilməsi üçün kəsilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, araşdırma zamanı faktın cinayət tərkibi yaratdığı ortaya çıxıb. Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
26
xezerxeber.az

1Mənbələr