Ukrayna yeni raketlər almaq üçün Böyük Britaniyanın ixrac maliyyəsindən 1,6 milyard funt-sterlinq əldə edəcək.
AzPost bildirir ki bu sözləri Britaniya Baş naziri Starmer London sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, Ukraynaya Belfastda istehsal olunacaq 5000-dən çox hava hücumundan müdafiə raketini kreditlə almağa imkan verəcək.
O, həmçinin vurğulayıb ki, sülh sazişi bağlanarsa, “Ukraynanın müdafiə qabiliyyətini artıracağıq”: “Sülh sazişinin icrasını qorumaq üçün Ukraynaya qoşun göndərəcəyik”
Starmer həmçinin bildirib ki, Britaniya və Fransa Ukraynada müharibəyə son qoymaq üçün plan hazırlayacaqlar.
Bundan əlavə, onun sözlərinə görə, bu gün bir sıra Aİ ölkələri Ukrayna ilə bağlı Avropa sülh planının bir hissəsi olmaq istədiklərini bəyan ediblər.