AZ

Sumqayıtda bu şəxsin sakinlərə bıçaqla davamlı hücum etdiyi iddia edilir VİDEO

Sumqayıtda yataqxana sakinləri onları ciddi narahat edən qonşudan şikayət edirlər. İddiaya görə, tüfeyli həyat tərzi sürən kişi qonşuların üstünə bıçaq çəkir.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin 15-ci məhəllə ərazisindəki 5 saylı yataqxanın sakinləri deyirlər ki, binanın 4-cü mərtəbəsində yaşayan Məcid Zülfiqarov adlı şəxs onların həyatı üçün təhlükəyə çevrilib. Uşaqlar, yaşlılar evdən çölə çıxmağa qorxurlar. İddialara görə, həmin şəxs ötən gün öz evinə od vuraraq yataqxananı yandırmaq istəyib.  

İttiham olunan şəxs hazırda orada yaşamır. Özü ilə əlaqə saxlamaq da mümkün olmadı. Onun qardaşı Səttar Zülfiqarov da sakinlərin dediklərini təsdiqləyir.

 Mövcud vəziyyətlə bağlı artıq polisə məlumat verilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən şəxslə bağlı daxil olan şikayət əsasında araşdırma aparılır.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
58
14
xezerxeber.az

10Mənbələr