Rusiyalı güləş əfsanəsi Buvaysar Saytiyev dünyasını dəyişib.
Offsideplus.az "Sport Baza"ya istinadən xəbər verir ki, ağciyər xəstəliyindən əziyyət çəkən sərbəst güləş üzrə üçqat olimpiya çempionu 49 yaşında vəfat edib. Onun 9 gün sonra 50 yaşı tamam olacaqdı.
Saytiev Moskva xəstəxanalarından birində dünyasını dəyişib. O, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib, ölümünün səbəbinin ürəyinin dayanması olduğu təxmin edilir.
Mənbə yazır: "O, evinin həyətində olarkən özünü pis hiss edib. Əvvəlcə onun köməyinə xidmətçi, daha sonra təcili yardım çağıran ev sahibi gəlib. Bir neçə saatdan sonra Saytiyev xəstəxanada dünyasını dəyişib".