PFL-in saytında yayılan xəbərə görə, buna səbəb qonaq komandanın təyin olunan vaxtda stadiona gəlməməsidi.
Bu məsələ ilə bağlı daha bir diqqətçəkən məqam var. Belə ki, bəzi həmkarlarımız "Kür-Araz"ın ciddi maliyyə sıxıntılarıyla üzləşdiyini, bu üzdən futbolçuların meydana çıxmaq istəmədiyini iddia edib.
"Football-plus.az" komandanın son durumu və oyunu getməməsi haqda bilgi almaq üçün klub prezidenti Mirheydər Səfiyevlə əlaqə saxlayıb. Onun cavabı:
"Media nümayəndələri gərək düzgünlüyünə əmin olduqları, həqiqiliyini sübut edə biləcəkləri informasiyaları tirajlasınlar. Bəllidi ki, futbolçuların maddi səbəbdən meydana çıxmadığını yazanlar doğru yolda deyil. Biz oyun günü Şamaxı Olimpiya İdman Kompleksinin stadionu istiqamətində yola düşdük. Lakin kəskin və qarlı hava şəraitinə görə həmin yerə yarımsaatlıq məsafədə olan aşırımı keçə bilmədik. Bu haqda həm qonaq komanda, həm də PFL məlumatlandırılıb. Bununla bağlı müvafiq videoçəkilişlər də etmişik. Azarkeşlərimizi yalan və böhtan dolu xəbərlərə inanmamağa çağırırıq. Maliyyə durumuna gəlincə, 2-ci liqanın iki-üç klubu istisna olmaqla, hamısında maliyyə sıxıntısı var. Futbolçularla məhz bu məsələ üzündən problem yaşamamışıq. Hər şey qaydasındadı. Yeri gəlmişkən, bizi narahat edən başqa məqam da var. PFL bu mövzuyla əlaqədar yaydığı xəbərdə "Kür-Araz"ın stadiona gəlmədiyini qeyd edib. Gəlməmək başqa şeydi, gələ bilməmək başqa... İntizam Komitəsi bizə texniki məğlubiyyət versə, buna görə müvafiq qurumlara müraciət edəcəyik".
KƏNAN BAHADIR