Volodimir Zelenski Vaşinqtona sülhlə gəlməyənə qədər ABŞ Ukrayna hakimiyyətinə vəsait ayırmaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Latnik deyib.
“Zelenski onu maliyyələşdirən ABŞ-dan birbaşa bu sözləri eşitməliydi: “Sən bizə sülhlə gəlməyincə, sizə pul verməyəcəyik”, - Latnik bildirib.