Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev "Eqnatiya"nın heyətində Albaniya çempionatında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin komandası öz meydançasında "Teuta"nı sınağa çəkib. 

Son oyunlarda əsas heyətdə möhkəmlənən həmyerlimiz 90 dəqiqə forma geyinib.

Lakin Z.Əliyevin klubu autsayderi məğlub edə bilməyib - 1:1. İtirilən vacib 2 xal çempionluq yolunda "Eqnatiya"ya ağır zərbə vurub. Hazırda komanda 49 xalla 1-ci sırada qərarlaşıb. Fürsətdən yararlanan əsas rəqib "Dinamo" (Tirana) növbəti qələbə sayəsində birinci yerlə xal fərqini 2-yə endirib.

Qeyd edək ki, ötən ilin yayında "Araz-Naxçıvan"dan "Eqnatiya"ya transfer olunan Z.Əliyev yeni komandasında 31 oyun keçirib.