Qar uçqunu səbəbi ilə Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb.
Parol.az xəbər verir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.
Bildirilib ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksək olduğundan bütün növ avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.