AZ

"Mançester Yunayted"dən "transfer bomba"sı - SON DURUM

“Mançester Yunayted” hücum xəttinə ulduz oyunçu cəlb etmək istəyir. 

Fanat.Az xəbər verir ki, sürpriz adı "Todofichajes" yayıb. 

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" "Bayern Münhen"da çıxış edən Harri Keyni "Dumanlı Albion"a qaytarmağa çalışır. 

Bundesliqaya yollanmazdan əvvəl uzun müddət "Tottenhem"də çıxış edən 31 yaşlı forvardın transferi “Mançester Yunayted”ə 65 milyon avroya başa gələ bilər. 
Harrinin "Bayern" ilə 2027-ci ilin yayına qədər müddətə müqaviləsi var. 

Keyn cari Bundesliqada 22 oyun keçirib. O, bu görüşlərdə 21 qol (9-u penaltidən) vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
35
fanat.az

1Mənbələr