AZ

Çinli dünya çempionu Bakıya gələcək

Çinin idman gimnastikası üzrə milli komandası martın 6-9-da Bakıda keçiriləcək Dünya kubokunda beş idmançı ilə təmsil olunacaq.

"Football-plus.az" xəbər verir ki, kişilərin yarışında Çonqçan Liu, Jivel Menq və Minji Huanq, qadınlar arasında isə Yuminq Çu və Rongi Li mübarizə aparacaqlar.

Çonqçan Liu 2018-ci ildə dünya çempionatının qalibi olub.

Qeyd edək ki, Dünya kubokunda 15 ölkənin komandası çıxış edəcək.

Seçilən
48
2
football-plus.az

3Mənbələr