Albaniyada ölkə çempionatının 27-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” bu tur evdə “Teuta” ilə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 1:1. Start heyətində yer alan Zamiq matçı əvəzlənmədən başa vurub.
Bu nəticədən sonra xallarını 49-a çatdıran “Eqnatiya” hazırda liderdir.