AZ

Üçqat Olimpiya çempionu vəfat etdi

style='margin-bottom:10px;'>

Rusiyanın sabiq sərbəst güləşçisi Buvaysar Saytiyev vəfat edib. 

QOL.az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat yayıb.

Mətbuatda yayılan xəbərlərə əsasən, Saytiyev Moskva xəstəxanlarının birində dünyasını dəyişib. O, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Sabiq sərbəst güləşçi ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Buvaysar Saytiyev 3 qat Olimpiya çempionu olub. O, həmçinin 6 qat dünya çempionatının və Avropa Birinciliyinin qızıl medalçısı olub.

Seçilən
60
5
teleqraf.com

10Mənbələr