AZ

İşğal olunmuş Abxaziyanın yeni qondarma Prezidenti məlum olub

Rusiya tərəfindən İşğal altında olan Gürcüstanın Abxaziya bölgəsində qondarma prezident seçkilərinin ikinci turu yekunlaşıb.

24News.ge xəbər verir ki, prezidentlik postu uğrunda iki namizəd Adqur Ardzinba və Badra Qunba mübarizə aparıb.

Abxaziya “Mərkəzi Seçki Komissiyası”nın məlumatına əsasən, “prezidentliyə namizəd” Badra Qunba “seçkilər”in ikinci turunda səslərin 54,73 faizini toplayıb və Abxaziyanın yeni “prezidenti” seçilib.

Rusiya prezidenti Vladimir Putin Badra Qunbanı təbrik edib və deyib: "Abxaziya prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm - Ümid edirəm ki, Rusiya ilə Abxaziya arasında dostluq, müttəfiqlik münasibətlərinin möhkəmlənməsi davam edəcək".
Seçilən
60
sherg.az

1Mənbələr